Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Dünyanın ən məşhur 100 qadını: Aralarında Reyhan Camalova da var

05.03.2020 13:28

BBC informasiya agentliyi özünü istər elm, istərsə də biznes sahəsində sübut edən ən nüfuzlu 100 qadının siyahısını açıqlayıb.

Об этом сообщает Роспрес

Yeniavaz.com BBC-yə istinadən xəbər verir ki, elmin, texnologiyanın inkişafında əhəmiyyətli rol oynayan, öz biznesini əhəmiyyətli dərəcədə böyüdən, həmçinin ictimai-siyasi həyatında böyük uğurlar əldə etmiş qadınlardan ibarət bu siyahıda Azərbaycanın və dünyanın ən gənc qadın ixtiraçılarından olan Reyhan Camalova da yer alıb.
16 yaşlı Reyhan  2017-ci ildə qurulan “Rainenergy” startapının təsisçisidir. Yağış suyundan enerji istehsalını nəzərdə tutan bu qurğunun prototipi hazırda 22 led lampanı işıqlandırır və 22 vatt enerji yaradır.
2018-ci ildə Reyhan Camalova “Rainenergy” adlı layihəsi ilə “Forbes” jurnalının “30 yaşa qədər 30 asiyalı” siyahısına da daxil edilib.
Reyhanın 43-cü pillədə qərarlaşdığı siyahıda 15 yaşdan 94 yaşa qədər, 60-dan çox ölkədən qadın var.