Dünyanın ən təhlükəli və təhlükəsiz ölkələri: Azərbaycan neçəncidir? – SİYAHI
05.03.2020 13:29Təhlükəlilik və təhlükəsizlik baxımından dünya ölkələrinin reytinqi açıqlanıb.
Об этом сообщает Руспрес
Saytımız xarici mətbuata istinadən xəbər verir ki, İqtisadiyyat və Sülh İnstitutunun 2018-ci il üçün hesabatına görə dünyanın ən təhlükəli ölkələri sırasında ilk pillədə Suriya dayanır.
Ən təhlükəli ölkələr siyahısının ilk onluğu:
- Suriya
- Əfqanıstan
- Cənubi Sudan
- İraq
- Somali
- Yəmən
- Liviya
- Konqo
- Mərkəzi Afrika Respublikası
- Rusiya
Azərbaycan da təhlükəliliyin artdığı ölkələr siyahısındadır. Belə ki, ölkəmiz 132-ci pillədə olmaqla, Qafqazda Rusiyadan sonra ən təhlükəli ikinci ölkədir. Bu siyahıda Ermənistan 120-ci, Gürcüstan isə 102-ci, Türkiyə 149-cu, İran isə 131-ci yerdədir.
Hesabata əsasən dünyanın ən təhlükəsiz ölkəsi isə İslandiyadır.
Ən təhlükəsiz ölkələr siyahısının ilk onluğu:
- İslandiya
- Yeni Zellandiya
- Avstriya
- Portuqaliya
- Danimarka
- Kanada
- Çexiya
- Sinqapur
- Yaponiya
- İrlandiya
Hesabatın hazırlanmasında bir sıra faktorlar, o cümlədən cinayətkarlığı səviyyəsi, terror, münaqişələr, hərbləşmə və s. dəyərləndirilib.

