Dünyasını dəyişən musiqiçinin ATASINDAN ÜRƏK PARÇALAYAN SÖZLƏR: “ÜRƏYİMƏ DAĞ ÇƏKİLİB” – VİDEO
05.03.2020 13:29Xəbər verdiyimiz kimi, ötən gün tanınmış klarnet ifaçısı Zahid Əliyev (Zahid Sabirabadlı) dünyasını dəyişib.
Об этом сообщает Руспрес
Saytımız xəbər verir ki, bu gün Xəzər TV-də yayımlanan “Hər şey daxil” verilişinin çəkiliş komandası musiqiçinin evinə yollanıb. Zahidin nəşi başında əyləşən atasının sözləri hər kəsi kövrəldib. Ailə üzvləri onun qəfildən dünyasını dəyişdiyini və buna hələ də inana bilmədiklərini bildiriblər:
“Mənim ürəyimə dağ çəkilib, balam ölüb” , -deyən atanın fəryadı ürəkləri dağlayıb.
Qeyd edək ki, Zahid Əliyev dünən 46 yaşında vəfat edib. Onun ürək tutmasından dünyasını dəyişdiyi bildirilir.

