Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Əcnəbilərə vətəndaşlıq verilməsində yenilik

05.03.2020 13:29

Depozit hesab açaraq, müəyyən məbləğdə pul qoyan əcnəbilərin vətəndaşlıq alması haqqında qanun Misir prezidenti tərəfindən qəbul edilib

Об этом сообщает Роспрес

Misirdə əcnəbilərə pul qarşılığında vətəndaşlıq verilməsi barədə qanun qəbul edilib. 

A24.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, əcnəbilərə depozit qarşılığında vətəndaşlıq verilməsi son zamanlar Misirdə müzakirə mövzusuna çevrilib.

Qeyd olunur ki, depozit hesab açaraq, müəyyən məbləğdə pul qoyan əcnəbilərin vətəndaşlıq alması haqqında qanun Misir prezidenti Əbdülfəttah Sisi tərəfindən qəbul edilib.

Sözügedən qanunun investitisiyaları dəstəkləmək məqsədilə qəbul edildiyi bildirilir.

Xatırladaq ki, Misir parlamenti iyulun 17-də ölkədə yaşayan əcnəbilərə bir Misir bankında ən azı 7 milyon Cüneyh (393 min dollar) depozit açması qarşılığında vətəndaşlıq verilməsini nəzərdə tutan qanun dəyişikliyini qəbul etmişdi.