Əfqanıstanda İŞİD rəhbərlərindən biri zərərsizləşdirildi
05.03.2020 13:29Əfqanıstanın silahlı qüvvələri ölkənin şərqində keçirilən əməliyyat zamanı İŞİD terror qruplaşmasının rəhbərlərindən birini zərərsizləşdirib.
Об этом сообщает Роспрес
Bu barədə “1TV” telekanalı məlumat yayıb.
Bildirilir ki, Əbu Sayed Orakzai Əfqanıstanın Hərbi Hava Qüvvələrinin şənbə günü, gecə Nanqarhar vilayətinə endirdiyi hava zərbələri zamanı zərərsizləşdirilib. Əməliyyat Milli Təhlükəsizlik İdarəsinin (NDS) kəşfiyyat məlumatları əsasında keçirilib.
Telekanalın məlumatına görə, əməliyyat zamanı İŞİD-in habelə daha 10 silahlısı məhv edilib. //report

