Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Əfqanıstanda “Taliban” silahlıları 15 polisi öldürüb

05.03.2020 13:29

Əfqanıstanda radikal “Taliban” hərəkatının silahlıları tərəfindən edilən bir neçə hücum nəticəsində azı 15 polis məmuru öldürülüb.

Об этом сообщает Роспрес

Bu barədə “Report” “Sinhua” agentliyinə istinadən məlumat verir.

Hücumlardan biri bu səhər ölkənin şimal-qərbindəki Bəğdis vilayətindəki polis postuna edilib, nəticədə 5 polis öldürülüb. Döyüşlər zamanı bir neçə silahlı məhv edilib.

Daha bir hücum isə dünən gecə Fərah vilayətindəki keçid məntəqəsində edilib. Hücum zamanı 10 polis ölüb, 2-si isə itkin düşüb.