Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Əfqanıstanlı prokuror: ABŞ və Avropa gəncləri narkotik aludəçisi edib

05.03.2020 13:29

Əfqanıstanın Balt vilayətinin prokuroru ABŞ və Avropa ölkələrinin Əfqanıstanda narkotik maddə istehsalından külli miqdarda gəlir əldə etdiklərini idda edib.

Об этом сообщает Роспрес

A24.Az xəbər verir ki, bu haqda “Ava” xəbər agentliyi məlumat yayıb.

Agentlik bildirir ki, Əfqanıstanın Balh vilayətinin prokuroru Nur Hadi Hadi, ABŞ başda olmaqla Qərb ölkələrinin Əfqanıstanda narkotik maddə əkimi və istehsalından külli miqdarda gəlir əldə etdiyini bildirib. Narkotik maddənin ümumbəşəri bir problem olduğu və bu problemin aradan qaldırılması kontekstində beynəlxalq dəstək göstərilməsinin lazım olduğunu qeyd edən prokuror, Əfqanıstanda narkotik maddə istehsalına görə artıq bir çox gəncin narkoman olduğunu vurğulayıb.

Qeyd edək ki, Əfqanıstan dünyada ən böyük narkotik maddə istehsalçısıdır və hazırda bu ölkədə təxminən 3 milyon 600 min nəfər narkotik maddə aludəçisidir.

Orxan Aslanlı // A24.Az