Əhali Vergilər Nazirliyini ən mənfi dövlət orqanı seçdi
05.03.2020 13:29Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2017-ci ilin dekabr ayı üzrə analiz işini yekunlaşdırıb.
Об этом сообщает Футляр от виолончели
Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.
Media Təqib Mərkəzi nazirlikler ilə bağlı dekabr ayı üzrə məlumatları təqdim edir.
2017-ci ilin dekabr ayında elektron mətbuatda, yəni sayt və portallarda nazirliklər ilə əlaqəli
51869 xəbər yerləşdirilib. Bunlardan 49110-u neytral, 2151-i müsbət, 608-i isə mənfi xəbərdir.
Müsbət xəbərlər arasında “liderlər”: Daxili İşlər Nazirliyi ( 1581 xəbər – qanunsuzluqlar aşkar edilib), Fövqəladə Hallar Nazirliyi ( 313 xəbər – Bakıda ticarət mərkəzində intihara cəhdin qarşısı alındı), Ədliyyə Nazirliyi ( 80 xəbər -Azərbaycana qanunsuz yolla güclü təsiri olan həblər gətırən hindistanlı – saxlanıldı).
Mənfi xəbərlər arasında lider: Vergilər Nazirliyi ( 322 xəbər – ılham əlıyev təhsıl nazırı mıkayıl cabbarovu vəzıfəsındən azad etdı və onu başqa nazırlıyın başına gətırdı + yenılənıb), Səhiyyə Nazirliyi( 160 xəbər- Gömrük komitəsi: Oksiam-B preparatı Səhiyyə nazirliyinin sertfikatı ilə ölkəyə ıidxal olur), Ədliyyə Nazirliyi ( 38- deputat penitensıar xidmətı kəskın tənqid etdi: qeyri-peşəkarlar…).
Xəbər sayına görə sıralama:
| 1 | Daxili İşlər Nazirliyi | 6965 xəbər |
| 2 | Müdafiə Nazirliyi | 5418 xəbər |
| 3 | Ekologiya və Təbii Sərvətlər Nazirliyi | 4928 xəbər |
| 4 | Vergilər Nazirliyi | 4721 xəbər |
| 5 | Fövqəladə Hallar Nazirliyi | 3772 xəbər |
| 6 | Ədliyyə Nazirliyi | 3586 xəbər |
| 7 | Təhsil Nazirliyi | 3580 xəbər |
| 8 | Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi | 2941 xəbər |
| 9 | Səhiyyə Nazirliyi | 2857 xəbər |
| 10 | İqtisadiyyat Nazirliyi | 2516 xəbər |
Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 6422 xəbər dərc edilib.
Bunlardan 6307-si neytral, 103-ü müsbət, 12-si isə mənfi xəbərdir.
Müsbət xəbərlər arasında lider: Daxili İşlər Nazirliyi (88 xəbər – qanunsuzluqlar aşkar edilib.) , Müdafiə Nazirliyi (7 xəbər – ən yaxşı tabor komandirləri mükafatlandırıldı), Ekologiya və Təbii Sərvətlər Nazirliyi (5 xəbər – qanunsuz yolla əldə edilmiş kömür quyuları aşkarlanıb).
Mənfi xəbərlər arasında liderlər: Vergilər Nazirliyi (10 xəbər – prezident İlham Əliyev Fazil Məmmədovu vəzifəsindən azad etdi), Təhsil Nazirliyi (1 xəbər – İranda Azərbaycan əleyhinə konfrans),Azərbaycan Respublikası Səhiyyə Nazirliyi (1xəbər – Oqtay Şirəliyevin nazirliyi fakt qarşısında qaldı).
Xəbər sayına görə sıralama:
| 1 | Daxili İşlər Nazirliyi | 650 xəbər |
| 2 | Mədəniyyət və Turizm Nazirliyi | 601 xəbər |
| 3 | Təhsil Nazirliyi | 581 xəbər |
| 4 | İqtisadiyyat Nazirliyi | 558 xəbər |
| 5 | Müdafiə Nazirliyi | 512 xəbər |
| 6 | Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi | 483 xəbər |
| 7 | Xarici İşlər Nazirliyi | 406 xəbər |
| 8 | Ədliyyə Nazirliyi | 394 xəbər |
| 9 | Vergilər Nazirliyi | 341 xəbər |
| 10 | Ekologiya və Təbii Sərvətlər Nazirliyi | 340 xəbər |
Dekabr ayında televiziya kanallarında nazirliklər haqqında 4700 xəbər göstərilib.
Xəbər sayına görə sıralama:
| 1 | Mədəniyyət və Turizm Nazirliyi | 549 xəbər |
| 2 | Müdafiə Nazirliyi | 505 xəbər |
| 3 | Xarici İşlər Nazirliyi | 490 xəbər |
| 4 | İqtisadiyyat Nazirliyi | 469 xəbər |
| 5 | Gənclər və İdman Nazirliyi | 446 xəbər |
| 6 | Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi | 361 xəbər |
| 7 | Kənd Təsərrüfatı Nazirliyi | 308 xəbər |
| 8 | Təhsil Nazirliyi | 306 xəbər |
| 9 | Fövqəladə Hallar Nazirliyi | 255 xəbər |
| 10 | Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi | 237 xəbər |

