Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Ekspertdən manatla bağlı qanqaraldıcı AÇIQLAMA: Devalvasiya olacaq – SƏBƏB

05.03.2020 13:29

“Valyutaya tələbat yenidən və kəskin artmağa başlayıb”.

Об этом сообщает Футляр от виолончели

A24.Az xəbər verir ki, bunu iqtisadçı Qubad İbadoğlu bildirib.

Ekspert qeyd edib ki, son aylar manatın dollara nəzərən məzənnəsində sabitlik hökm sürsə də, bu inzibati xarakter daşıyır:

“Əslində, ötən aylarda dollara tələbat və onun satışı müntəzəm olaraq artır. Manat yenə çətin durumdadır. Dövlət Neft Fondunun (DNF) son açıqlamasına görə, bu ilin iyununda DNF valyuta hərraclarında 373,2 milyon dollar satıb, halbuki aprel ayında bu göstərici 220 milyon, may ayında 250 milyon dollar olub. Göründüyü kimi ötən ay ondan 2 ay əvvəllə müqayisədə dollara tələbat 41 faiz, 1 ay əvvələ nisbətən isə 33 faiz artıb və valyuta bazarında bir o qədər də çox dollar satılıb. Bu isə o demədkir ki, valyuta tələbat dinamikası müsbətdir və artım davam edəcək, nəticədə manat yenə də devalvasiya uğrayacaq. İqtisadiyyatın sadə tələb və təklif qanunu bu məntiqi sübut etmək üçün yetərlidir”.