Eldar Əzizov qanunsuz tikilmiş bu hasarı sökdürdü
05.03.2020 13:29Bakı şəhər İcra Hakimiyyəti də 1-ci Zabrat qəsəbəsində yüzlərlə çoxillik ağaclardan ibarət zeytun bağının qanunsuz hasarlanması faktının aradan qaldırılması ilə bağlı bu gün görülmüş tədbirlər barədə açıqlama verib. Açıqlamada deyilir ki, Bakı Şəhər İcra Hakimiyyəti 1-ci Zabrat qəsəbəsi, 18 Oktyabr küçəsində yüzlərlə çoxillik zeytun ağaclarından ibarət yaşıllıq zonasının hasarlanması faktı ilə bağlı araşdırmanı davam etdirəcək.
Об этом сообщает Роспрес
A24.Az virtualaz.org-a istinadla xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov bildirib.
Kərimov deyib ki, araşdırmadan sonra ərazinin hasarlanmasına icazə verən səlahiyyətli şəxslər, yaxud ərazini qanunsuz hasarlayanlara qarşı tədbir görüləcək: “Bizim əməkdaşlarımız hadisə yerinə baxış keçirib, faktı araşdırılıblar. Bakı Şəhər İcra Hakimiyyətinin tapşırığı ilə bu gün hasar sökülüb, hazırda icra hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Departamenti tərəfindən ərazidə təmizlik işləri aparılır”.

