Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Eldar Əzizovdan Bakıda binaların estetik görünüşü ilə bağlı tapşırıq

05.03.2020 13:29

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının müavini Eldar Əzizov paytaxtda yaşayış və qeyri-yaşayış binalarının estetik görünüşünə xələl gətirən elementlərin yığışdırılması ilə bağlı tapşırıq verib.

Об этом сообщает Роспрес

Saytımız xəbər verir ki, BŞİH-dən əldə etdiyi məlumata görə, tapşırığa əsasən, əcnəbi dildə reklamlar, quraşdırıldığı yerə uyğun olmayan reklam konstruksiyaları sökülür.

Bundan başqa, yaşayış binalarının görünüşünə xələl gətirən paltar asmaq üçün nəzərdə tutulan dəmir konstruksiyalar da yığışdırılır.

Hazırda bu istiqamətdə işlər əsasən Yasamal, Nərimanov və Nizami rayonları ərazisində aparılır.