Elgizdən Əli Mirəliyevin efirdən getməsinə REAKSİYA
05.03.2020 13:29Əli Mirəliyevin “Səhər-səhər” verilişindən birdəfəlik uzaqlaşdırılmasına həmkarı Elgiz Əkbərin reaksiyası birmənalı olmayıb.
Об этом сообщает Руспрес
Yenicag.az-a açıqlama verən Elgiz Əkbər müğənninin verilişlə vidalaşmasında adının hallandırılmasına belə cavab verib:
“Elgizin ARB-də işəgötürmə və işdənçıxarma səlahiyyəti yoxdur, vəssalam, bu da cavabım”.
Qeyd edək ki, bu gün saytımıza açıqlamasında Əli Mirəliyev verilişdən birdəfəlik getməsini təsdiqləyib. O, “verilişdən niyə uzaqlaşdınız” sualına “Bunu məndən niyə soruşursunuz? Elgizdən soruşun” deyərək cavab verib.

