Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Emeqaranın durumuna aydınlıq gəldi

05.03.2020 13:30

“Qarabağ”ın zədəli futbolçusu İnnosent Emeqaranın durumuna aydınlıq gəlib.

Об этом сообщает Роспрес

Klubun mətbuat xidmətindən A24.Az-a verilən məlumata görə, 29 yaşlı hücumçu əməliyyat olunacaq. Cərrahi müdaxilə xarici ölkələrin birində baş tutacaq. İsveçrəli oyunçu dizinin menisk hissəsindən xəsarət alıb. O, ilin sonuna qədər yaşıl meydanlardan kənarda qalacaq.

“Qarabağ”da daha bir itki isə müdafiəçi Yakub Jezniçakla bağlıdır. Polşalı legioner Azərbaycan Premyer Liqasının XII turunda “Sabah”la 1:1 hesablı heç-heçə etdikləri görüşdə 4-cü sarı vərəqəni alaraq, cəzalı duruma düşüb. O, növbəti tur “Keşlə” ilə ev oyununu buraxmalı olacaq. Jezniçak bu görüşdə həm də komandasının bərabərlik qolunu vurub. Bu, 32 yaşlı oyunçunun Ağdam təmsilçisinin heyətində ilk qolu olub.

Qeyd edək ki, İnnosent Emeqara “Qarabağ”ın Azərbaycan Premyer Liqasının XII turunda “Sabah”la (1:1) matçdan öncə isinmə hərəkətləri zamanı xəsarət alıb.