“Ən-Nusra Cəbhəsi” lideri edam edilib
05.03.2020 13:30İŞİD terrorçuları “Ən-Nusra Cəbhəsi” terror təşkilatının liderini edam edib.
Об этом сообщает Футляр от виолончели
Saytımızın “APA TV”yə istinadən məlumatına görə, edam olunan Abdi əl-Bara əl-İraqi bir müddət öncə Suriyanın Raqqa şəhəri ətrafında gedən döyüşlərdə ələ keçirilib.
İŞİD terror təşkilatı edamın görüntülərini yayıb. Edam Raqqaya bağlı Əl Naim qəsəbəsində həyata keçirilib. Əsir götürülmüş “Ən-Nüsra Cəbhəsi” lideri insanlarla dolu bir meydana gətirilərək diz çökdürülür, cəllad əvvəlcə iki dəfə əlindəki qılıncla kəsəcəyi yeri yoxladıqdan sonra əl-İraqinin başını kəsir.
Arasında uşaqların da olduğu yüzlərlə insan edamın ardından başı kəsilən cəsədin üstünə yürüyüb.

