Ərdoğan Ermənistana səsləndi: “Yuxarı Qarabağ məsələsi həll olunmadan…”
05.03.2020 13:30“Azərbaycanın sevinci – Türkiyənin sevinci, Azərbaycanın acısı – Türkiyənin acısıdır”
Об этом сообщает Руспрес
“Türkiyə Azərbaycana əlindən gələn yardımı göstərib və bundan sonra da göstərəcək”.
A24.Az xəbər verir ki, bunu Bakının bolşevik-daşnak silahlı birləşmələrindən azad edilməsinin 100 illiyinə həsr olunmuş hərbi paradda çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
“Azərbaycanın sevinci — Türkiyənin sevinci, Azərbaycanın acısı — Türkiyənin acısıdır” — deyən Ərdoğan qeyd edib ki, Ankara dost ölkənin problemlərinin aradan qaldırılması üçün əlindən gələni edir.
Türkiyəli lider Ermənistanın Azərbaycana qarşı davam edən işğal siyasətinə də toxunub.
“Qardaşımızın torpaqlarının 20 faizini işğal altında saxlayanların, 1 milyondan artıq qardaşımızın öz yurduna qayıtmasına imkan verməyənlərin bizdən sərhədləri açacağımızı gözləmələri boş-boşunadır, əbəsdir” — Türkiyə prezidenti vurğulayıb.
“Xocalıdakı qətliama, Dağlıq Qarabağda dinc əhalinin qətlinə görə cəzalanmayanlar, qatilləri qəhrəman adlandıranların Türkiyəyə tarix öyrətmək haqqı yoxdur” — prezident Ərdoğan əlavə edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yuxarı Qarabağ məsələsi həll olunmadan Ermənistan münasibətlərimizin düzəlməsini gözləməsin- sözlərini də vurğulayıb.
A24.Az

