Ərdoğan və Putin telefon danışığı edib
05.03.2020 13:30Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
A24.Az AZƏRTAC-a istinadla xəbər verir ki, dövlət başçıları ikitərəfli münasibətləri və regional prosesləri müzakirə ediblər.
Prezidentlər, həmçinin Türkiyə ilə Rusiya arasında iqtisadiyyat, ticarət, müdafiə sənayesi və energetika sahələrində əməkdaşlıq əlaqələrini yüksək dəyərləndiriblər. Dövlət başçıları Suriya böhranı ilə bağlı da fikir mübadiləsi aparıblar.
Об этом сообщает Футляр от виолончели

