Ərdoğana sual verdilər: “Trampla görüşəcəksiniz?” – VİDEO
05.03.2020 13:30ABŞ-a səfər etməzdən əvvəl Türkiyə prezidenti Ərdoğan jurnalistlərin suallarını cavablandırıb.
Об этом сообщает Роспрес
Saytımız türk mediasına istinadən xəbər verir ki, Ərdoğan Atatürk hava limanında keçirilən mətbuat konfransında açıqlamalar verib.
Açıqlamasında Türkiyə prezidenti ABŞ səfərindən sonra Almaniyanı ziyarət edəcəyi, bəzi görüşlər keçirəcəyini bildirib.
Açıqlamalarından sonra Ərdoğan jurnalistlərin suallarını cavablandırıb. “ABŞ səfəri zamanı prezident Donald Trampla görüşəcəksinizmi?” sualına Ərdoğan “Tələb olunarsa dəyərləndirəcəyik. Hazırda bununla bağlı hər hansı məsələ yoxdur”, – deyə cavab verib.
Firuzə Alimova / A24.az

