Ərdoğandan Ramazan mesajı – Sahurunu təyyarədə etdi – VİDEO
05.03.2020 13:30Londondan Türkiyəyə qayıdan Ərdoğan təyyarədə ilk sahurunu edib.
Об этом сообщает Руспрес
Saytımız türk mediasına istinadən xəbər verir ki, “twitter” hesabından video paylaşan Ərdoğan xalqa arzularını çatdırıb, birlik və bərabərlik diləyib. Ramazan ayının başlamasıyla əlaqədar ilk sahurunu da təyyarədə edib.
Paylaşılan görüntülərdə Ərdoğan “türk millətinin və İslam aləminin başı rəhmət, ortası məğfirət, sonu cəhənnəm əzabından qurtuluş olan mübarək Ramazan ayını təbrik edirəm” ifadələrini işlədib.
Həmçinin birlik və bərabərlik mesajı verən Ərdoğan “Cənabı-Allahdan bizi birlik və bərabərlik içərisində Ramazan bayramına qovuşdurmasını diləyirəm” şəklində danışıb.
Saytımız sözügedən görüntüləri təqdim edir:

