Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Erməni avtomatdakı bütün güllələri azərbaycanlının bədəninə boşaltdı – Ukraynada etnik gülləbaran

05.03.2020 13:31

Ukraynanın Kirovoqrad vilayətinin Kropivnitskiy şəhərində Ermənistan vətəndaşı, 1980-cı il təvəllüdlü Boqdasaryan Aznavur Eduardoviç avtomat silahla Azərbaycan vətəndaşı, 1972-ci il təvəllüdlü Əsgərov Əlövsət Cabir oğlunu gülləbaran edərək öldürüb.

Об этом сообщает Роспрес

A24.Az “report”a istinadən xəbər verir ki, tərəflər arasında yaranan mübahisə sonda etnik zəminə keçib.

Ə. Əsgərov Boqdasaryanın etnik zəmində təhqirlərinə dözməyərək ona zərbələr endirib. Buna cavab olaraq Ermənistan vətəndaşı avtomobilindəki avtomat silaha əl ataraq açdığı atəş nəticəsində silahın darağındakı bütün güllələri həmyerlimizin bədəninə boşaldıb. Hadisəni törədən A. Boqdasaryan hadisə yerindən qaçıb, polis onu axtarır.