Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Ermənidən hamilə qalmış Sonanın tükürpədən hekayəti – “Onsuz da özümü atacam dənizə”

05.03.2020 13:31

A24.Az bir neçə gün öncə təqdim olunan Sərdar Aminin “Su sərgisi” romanından azərbaycanlı qız və erməni oğlanın münasibətindən bəhs edən parçanı təqdim edir:

Об этом сообщает Футляр от виолончели

“Sükuta görə məsuliyyəti üstünə götürmüşdü Sona. Yaman narahat idi. Nəsə da nışmaq, bu qəribə sükutu pozmaq istəyirdi. Yenə barmaqlarım üşüdü. “Sergi ata”nı yerə elə qoydum ki, rahat yandıra bilim. Kitab sanki evsiz bir tavan idi, yandı. Sona zərrə narahat olmadı. Əllərimi oda yaxınlaşdırdım.

– Gəl, əllərini isit.

Sona əllərini mavi alov dilimlərinə tutub burnunu çəkdi. “Marlboro” qutusunu çıxarıb içindəki bütün siqaretləri ocağın qırağına düzdüm. Siqaretlərin hamısının ucu közərdi. Könlümüz istəyən siqareti götürüb bir iki qullab vurur, yenidən səliqəylə yerinə qoyurduq.
– Hamiləyəm.
Yanan kitabı götürüb dikinə qoydum. Bəzi alışmayan səhifələri alov götürdü.
Sona eyni tempdə davam etdi:

– Anamdan həmişə zəhləm gedib. Axırıma çıxan onun yaşadıqları oldu. Hələ gic-gic macəralarını utanmadan bizimlə bölüşməyini demirəm.

İçimdən “gündəlik” tutmaq keçdi, ay yarımlıq “gündəlik”. Sadəcə əsgərlikdə etdiyimiz kimi təqvim hazırlayıb ay yarımlıq ömrümü gündən-günə pozmaq istəyirdim, başqa heçnə. Yazmaqdan iyrənmişdim. Sona danışırdı. Ara-sıra öz halıma yanır, danışdıqlarının boş xatirat olduğunu düşünürdüm. Həm də teleseriallardan oğurladığı pafosla danışmağı məni incidirdi – ölümlə üz-üzə olmadığı açıq görünürdü. Bəzən də, yenidən quş kimi yüngülləşir, dünya eynimə olmurdu.

– Anam kimi olmayacağıma əmin idim. Heç kim bizim ismətimizə inanmırdı. Anası belə olan qızlar necə olmalıydı… Bütün kişilər bizə eyni gözlə baxırdı. Belə böyüdük… Bacım heç… O da anamın tayıdı. Ancaq mənim içimdə başqa bir adam var idi, əmin idim o adama. O qədər sevən olub ki, məni… Abırlıları ailəmizi tanıyandan sonra qeyb oldu, abırsızlar hələ də dalımca sürünür. Nədir-nədir bir dəfə mənimlə yatacaq. Ocaqda közərən son “Marlboro”nu da götürdü.

– Amma mən oğlanların heç biriylə o məqsədlə yatmadım.
– Hansı məqsədlə?
– Mən nə şəhvət duyduğum, nə də yaraşıqlı saydığım oğlanlarla yatdım. Sonralar o da oldu, amma ilk vaxtlar heç kəsin yaxın buraxmadığı yazıq oğlanlarla yatırdım. İlk yatdığım oğlan bilirsən kim idi? İnanmazsan. Rəfiqəmin lağ etdiyi rayon uşağı… Hər gün oxuduğumuz texnikumun qabağında üşüyürdü. Qızlar da onu görəndə gülüb keçirdi. Pis çıxmasın, rəfiqələrimin arasında 22 ən gözəli mən idim, belə deyirdilər. Bir gün o arıq rayon uşağından nömrəsini aldım. Yazıq elə bildi, sevdiyi qıza görə istəyirəm. Axşam zəng eləyib dedim ki, o səni sevmir, sənə lağ eləyir. Gəl bizə. Onu evə çağırdım. İndi desəm, inanmazsan, ilk gecəmi ona vermişəm. Bakirə olduğmu görəndə qorxudan paltarını geyinib qaçdı, elə bildi özümü ona sırımaq istəyirəm. Ondan sonra texnikumun yaxınlığına gəlmədi. O gündən ancaq yazığım gələn oğlanlarla yatdım: maşında, iş yerində, sinifdə, liftdə… Amma liftlə qalxan vaxtı… Qalxan liftdə rahatdı, lift ki enir, onda çətin olur.

Axır ki, üzündə səmimiyyət göründü; gülümsündü, şeytanlaşdı, qadınlaşdı.

– Bəlkə ananın da prinsipi olub. Məncə qınama.
– Yox. Anam iyrənclik eləyib. Mənim uşağım olsaydı, heç vaxt belə iş tutmazdım. O, bilirsən, utanmadan mənə nə deyir? Deyir, “sən ağıllı uşaq idin, məni çox incitmirdin. Ona görə evə adam gətirəndə yatırtmaq üçün səni həmin kişiyə verirdim, özüm dəcəl bacını yatızdırırdım”. Başa düşürsən, mən yad kişilərin laylalarıyla, nağıllarıyla yatmışam hər gün. Ehtirasına görə mənə layla deyən kişilərin… Nədir-nədir mən ağıllı uşağam. Yəqin ki, tanımadığım hansısa ağıllı, mərifətli bir insanın uşağıyam, bir gecəlik səhvin nəticəsiyəm. Heç anama da oxşamıram.

“Sergi ata” kül oldu. Barmaqlarım üşüdü…

– Onsuz da özümü atacam bu dənizə. Ona görə rahat danışıram bunları. Belə də ki… Çoxu bilir, sən də bil.
– Kimdən hamilə qaldığını bilmirsən? Qorunmurdun?
– Deyəsən mənə qulaq asmırsan bayaqdan.
– Asıram.
– Demədim, mən uşaqla belə zarafat eləmirəm? Mən fahişə deyiləm. Başa düşürsən? Qorunurdum. Qarnımdakı sevgilimdəndir. 4 aylıqdı. İki ildir sevgili idik.
– Öldü?
– Ölsəydi, yaxşı idi.
– Bəs sən niyə öldürürsən özünü?
– Erməni imiş.

Bunu deyib sona qeyri-ixtiyari əlini soyumuş külə tutdu. Mən də siqaret axtardım.
– Nə?
– Eşitdiyin kimi… Erməni…
– İlin-günün bu vaxtı ermənini hardan tapdın?

Sonanı qəhər boğmuşdu. Ağlamaq istəyirdi.
– Necə yəni hardan tapdın? Kökləri kəslisin onların. Bakıda minlərlədi erməni.
– Onlar erməniliyini itiriblər. Erməni olduqlarını bilənlər də, ölüb gedir.
– Özləri yaxşı bilir. Heç vaxt əsillərini unutmurlar.
– Sən hardan bildin?
– Özü dedi.
– Deməsəydi, bilməyəcəkdin. Onda necə olacaqdı bəs?
– Bilmirəm. Yəqin ki, heçnə olmayacaqdı. Yaşayacaqdıq birlikdə. Nahaq dedi mənə. Zəhləm gedir onlardan. Başa düşürsən?
– Hə.
– Neçə vaxtdı özünü sözlü adam kimi aparırdı. Əslində bu günə qədər ondan pislik görməmişəm. Bütün həyatıma göz yumub. Ona hər şeyi danışmışam, bütün yaşadıqlarımı demişəm. Məni belə qəbul eləyib. Ancaq mən onun erməniliyini qəbul eləyə bilmirəm. İnan, iki ildir sevdiyim üzü erməni olduğunu dediyi an, gözümdə karikaturaya döndü. O gözəl burnu uzandı, saqqalı codlaşdı, səsi dəyişdi. Özümü saxlaya bilmədim, qaytardım. Elə bildi hamiləlikdəndi. Ancaq mən onunla sevişdiyim anları qaytarırdım. Elə zəhləm getdi ondan…

Sona yenə özünü aktrisa kimi aparırdı. Bu boyda faciə yaşayasan, bir adam qabağında rola girəcək qədər oynaq qalasan.

– Ondan pislik görməmisənsə… Yəni, deyirsən, sənin elədiklərinə göz yumub. Bəlkə səni həqiqətən sevir.
– Sevir də! Sevməsəydi, ondan uşağa qalardım? Bu pislik deyil, səncə? Əvvəl məni hamilə qoydu, sonra erməni olduğunu dedi. Uşaq mövzusunda nə qədər həssas olduğumu bilirdi. Bax, belədi onlar, dərində sürünən ilanlardılar. Hiyləgər!”

Qeyd: Dekabrın 23-ü, saat 17:00-da “Azərkitab”da “Su sərgisi” romanının imza günü keçiriləcək.