Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Ermənistan iriçaplı pulemyotlardan Azərbaycanın mövqelərini atəşə tutdu

05.03.2020 13:31

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 28 dəfə pozub.

Об этом сообщает Роспрес

A24.Az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ağdam rayonunun işğal altında olan Tağıbəyli, Baş Qərvənd, Seyidli, Novruzlu, Mərzili, Füzuli rayonunun Qobu Dilağarda, Qərvənd, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən ordumuzun mövqeləri atəşə tutulub.

Bundan əvvəl ATƏT-in Minsk qrupunun həmsədrləri Cənubi Qafqaz regionuna səfərlərinin yekunu ilə bağlı bəyanat yayıblar.