Ermənistanda Koçaryan barədə qərar verildi
05.03.2020 13:31Ermənistan Apellyasiya Məhkəməsi sabiq prezident Robert Koçaryanın azadlığa buraxılması ilə bağlı baş prokurorluğun şikayətinə baxıb.
Об этом сообщает Футляр от виолончели
A24.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə sabiq prezidentin vəkili Ayk Alumyan məlumat verib:
“Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Biz qərardan şikayət verəcəyik. Apellyasiya Məhkəməsinin qərarına əsasən, Koçaryan həbs ediləcək”.
Onun nə vaxt həbs ediləcəyi sualına isə vəkil cavab verməyib.
Qeyd edək ki, R.Köçəryan 2008-ci ilin mart hadisələrində Konstitusiya rejimini devirməkdə ittiham edilir.

