Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Erməni politoloq: “İran Azərbaycan xalqlarını türk kütləsindən azad etməyə kömək edəcək”

05.03.2020 13:31

“Ermənistan ordusu Azərbaycan tərəfinin hücum etməsini və sonra bu hücuma cavab verməsini gözləməməlidir. Qabaqlayıcı hərəkətlərə üstünklük verməlidir. Erməni tərəfi Kür-Araz ovalığına qədər çatmaq üçün iş plan hazırlamalıdır. Bu Ermənistanın təhlükəsizliyin təmin olunması üçün tək variantdır”.

Об этом сообщает Руспрес

A24.Az erməni mətbuatına istinadən xəbər verir ki, bu fikirləri politoloq Levon Şirinyan, Qondarma Dağlıq Qarabağın “müdafiə naziri” general-leytenant Levon Mnasakanyanın aprel döyüşlərində Azərbaycan tərəfinin işğaldan azad etdiyi ərazilərin, ermənilərin nəzarəti altına keçməli olduğu fikrinə münasibət bildirirərkən deyib. Erməni politoloq bildirir ki, oturub Azərbaycan ordusunun hücum etməsini gözləmək lazım deyil:

“Yoxsa aprel döyüşlərinə gətirib çıxarar. Müharibənin ən mühüm qaydalarından biri odur ki, qabaqlayıcı tədbirlər görüb, rəqibə zərbə endirəsən. Və bu tədbirlərin hamısı Qarabağ ərazisindən təşkil olunmalıdır. Hesab edirəm ki, Araz çayının mənbəyinə çatmaq üçün plan qurulmalıdır. Bu qələbəyə doğru əsl yoldur. Əgər biz təhlükəsizliyimizi və dövlətin stabilliyini təmin etmək istəyiriksə mütləq talışların sərhədlərinə çıxmalıyıq və bu proqressiv variantdır, çünki yerli Azərbaycan xalqlarını türk kütləsindən azad etməyə kömək edəcək. Burada bizdə ən azı bir müttəfiq var – İran İslam Respublikası. Ermənistan bu yolla Xəzərə çıxış qazanacaq. Ermənistan ordusu dərk etməlidir ki, bu səngər müharibəsi bizim resurslarımızı məhv edəcək, emiqrasiya davam edəcək. Levon Mnasakanyana bəyanatına gəlincə, təqdirə layiqdir, amma bu çox azdır. Mən heç bir başqa variant görmürəm. Ermənistan plan üzrə Kür-Araz ovalığına düz çayların birləşdiyi yerə çıxmalıdır”.

Levon Şirinyan erməni zabitlərinin təhsil səviyyəsindən, qeyri-peşəkar olmalarından şikayətlənib:

“Bizim zabit heyətimizin təhsil səviyyəsi peşəkarlığı artıq təmin etmir. Bizə peşəkar, hərtərəfli inkişaf etmiş, intellektual zabitlər lazımdırlar. NATO-la əməkdaşlıq buna yönəldilib amma bu azdır. Bundan başqa Rusiya hərbi təhsilinə çox güvənmək lazım deyil. Çünki əsrlər boyunca Rusiya ordusu döyüş sənətinə əsaslanmayan resurslar ordusu idi. Və bizdə belə resurs yoxdur”, – deyə L.Şirinyan əlavə edib.

Orxan Aslanlı