Ermənistan 11 min fərarisini AXTARIR
05.03.2020 13:31Ermənistan ordusunun 11 min fərarisi var.
Об этом сообщает Роспрес
A24.Az xəbər verir ki, Ermənistan gəncləri orduda xidmət etmək istəmirlər. İşğalçı ölkənin gənclərinin hərbi xidmətdən yayınmalarının səbəbi orduda özbaşınalığın olması, ölüm hallarının artması və ən əsası Dağlıq Qarabağ ərazisində ölmək istəmədikləri göstərilir. Son vaxtlar Ermənistanın baş naziri Nikol Paşinyanın oğlunun Dağlıq Qarabağ ərazislərində xidmətə yola salınması da bu vəziyyətin qarşısını almağa planlaşdırılan növbəti bir şoudur. Amma yenə də erməni gənclər hərbi xidmət etməkdən imtina edərək əcnəbi ölkələrdə gizlənirlər. Ermənistan polisinin rəsmisi, İstintaq baş idarəsinin rəisi Xaçik Muradyan bununla bağlı açıqlama verib. Onun sözlərinə görə bu günə qədər yaşı 27-yə çatan 11 min Ermənistan vətəndaşı hərbi xidmətdən yayınma ilə bağlı axtarışa verilib.

