Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Ermənistanda gərginlik: “Rəislərin telefon danışıqları dinlənilib”

05.03.2020 13:31

Ermənistan hakimiyyətində vəziyyət yenidən gərgin həddə çatıb.

Об этом сообщает Футляр от виолончели

A24.Az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti xəbər dərc edib.

Məlumata görə, yaxın vaxtlarda Milli Təhlükəsizlik Xidmətinin direktorunun və Xüsusi İstintaq Xidmətinin rəisi arasında telefon söhbətinin dinlənilməsi faktı üzrə cinayət işi çərçivəsində ciddi ifşalar gözlənilirlər. İstisna edilmir ki, dinləmə bir neçə qrup tərəfindən həyata keçirilib.

“Yəni, hüquq-mühafizə sisteminin əsas nümayəndələrinin danışığının dinləməsi üçün böyük komanda işləyirdi. Hələ biz aydınlaşdıra bilməmişik ki, kim ora cəlb edilib. Ancaq bizim mənbələrimizə əsasən, qanun qoruyucuları üçün cinayət törətmiş şəxslərin dairəsi artıq aydındır”, – deyə qəzet yazır.

Orxan Aslanlı / A24.az