Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Ermənistandan Türkiyə ilə bağlı həyasız açıqlama: Hazır deyillər

05.03.2020 13:31

Ermənistan xarici işlər naziri Tiqran Balayan Türkiyənin Ermənistanla münasibətlərinin ilkin şərt olmadan normallaşmasına hazır olmadığını iddia edib.

Об этом сообщает Футляр от виолончели

Saytımız Türkiyə mediasına istinadən xəbər verir ki, Tiqran Balayan “Türkiyə ilə münasibətləri ilkin şərt olmadan normallaşdırmaq mövzusunda Ermənistan hökumətinin proqramına daxil edildi. Əgər türk hökumətindən bununla bağlı mesaj gələrsə, bunu dəyərləndirəcəyik” deyib.

Ancaq hazırda bunun tam əksinin yaşanmaqda olduğunu deyən Balayan “Türkiyə prezidenti və xarici işlər naziri Bakıya səfər edir və orda mənfi yöndə açıqlamalar verirlər. Hazırda Türkiyənin Ermənistanla münasibətlərinin normallaşmağa hazır olduğunu görmürük” ifadələrini işlədib.

Qeyd edək ki, ötən həftə Ermənistanın Baş naziri Nikol Paşinyan verdiyi açıqlamasında Türkiyə ilə ilkin şərtsiz diplomatik əlaqələr qurmağa hazır olduqlarını bildirmişdi.