Ermənistanın sabiq müdafiə naziri axtarışa verildi
05.03.2020 13:32Ermənistan polisi 2008-ci ildə prezident seçkilərinin nəticələrinə etiraz edən etirazçılara müdaxiləyə görə aparılan cinayət işi çərçivəsində o dövrün müdafiə naziri Mikael Harutyunyan barədə beynəlxalq axtarış qərarı çıxarıldığını bildirib.
Об этом сообщает Руспрес
A24.Az xarici mediaya istinadən xəbər verir ki, Ermənistan polis rəisi Valeriy Osipyan, keçirdiyi mətbuat konfransında, Harutyunyan barədə beynəlxalq axtarış əmri çıxarıldı. Amma hələ ki, İnterpola müraciət etməmişik”, – deyə bildirib. Osipyan, Harutyunyanın Rusiyada olub olmadığına dair suala “Ermənistan polisi keçmiş müdafiə nazirinin yeri barədə mətbuatdan daha çox məlumata sahib deyilik”, – deyə bildirib. Ermənistanda 2008-ci ildə Serj Sarkisyanın seçildiyi prezident seçkilərinin nəticələrinə etiraz edən etirazçılara müdaxilə nəticəsində yaranan toqquşmalarda 8 nəfər ölüb, onlarla insan isə yaralanmışdı. Etirazların davam etməsi səbəbindən Ermənistanda fövqəladə vəziyyət elan edilmişdi.
Orxan Aslanlı // A24.Az

