“Fənərbağça”nın baş məşqçisi postuna əsas namizədlər bəlli oldu
05.03.2020 13:32Türkiyənin “Fənərbağça” komandasının baş məşqçisi postuna əsas namizədlər bəlli olub.
Об этом сообщает Футляр от виолончели
A24.Az “NTV Spor”a istinadən xəbər verir ki, İstanbul təmsilçisi hazırda iki namizədi gözdən keçirir. Bunlar fransalı Loran Blan və türkiyəli Kemal Özdeşdir. “Fənərbağça”nın fransalı idman direktoru Damien Komollinin həmyerlisini komandanın sükanı arxasına gətirməkdə daha çox maraqlı olduğu bildirilir.
Daha əvvəl vətənində “Bordo” və Fransa yığmasına başçılıq edən L.Blanın son iş yeri PSJ olub. 53 yaşlı mütəxəssis 2016-cı ilin iyunundan işsizdir. K.Özdeş isə Türkiyənin U-19 yığması ilə yanaşı, “Konyaspor”, “Manisaspor”, “Gənclərbirliyi”, “Balıkesirspor”, “Karşıyaka” və “Kasımpaşa”da çalışıb. 48 yaşlı mütəxəssis bu ilin yayında Ankara klubundan ayrılıb.
Qeyd edək ki, “Fənərbağça” Super Liqanın X turunda “Ankaragücü”nə 1:3 hesabı ilə uduzduğu oyundan sonra baş məşqçi Filip Koku ilə yollarını ayırıb.

