“Facebook” yüzlərlə hesabı sildi
05.03.2020 13:32“Facebook” yalan informasiya və spam yayan 559 istifadəçinin hesabını silib.
Об этом сообщает Роспрес
A24.az TASS agentliyinə istinadla xəbər verir ki, ABŞ-da auditoriyaya təsir göstərməyə çalışan amerikalılar tərəfindən idarə edilən 250 hesab da bağlanıb.
Blok olunmuş istifadəçilər siyasi debatlar üçün legitim forum məsələsində insanları yanıldan paylaşımlar edib.
Xatırladaq ki, noyabrda ABŞ-da Konqresə seçkilər keçiriləcək. “Facebook”un hesabları silməsi bununla bağlıdır.

