FIFA-nın “Qızıl top”u: Azərbaycan kimə səs verdi?
05.03.2020 13:331956-cı ildən başlayaraq, hər il Fransanın “France Football” nəşri Avropanın ən yaxşı futbolçusuna “Qızıl top” mükafatı verir.
Об этом сообщает Роспрес
Oxu.Az xəbər verir ki, bütün dünya ölkələrindən 100-dən çox jurnalist ilin ən yaxşı beş futbolçusunu müəyyən edirlər.
Azərbaycanı 2000-ci ildən başlayaraq, bu tədbirdə “CBC Sport” telekanalının redaktoru Rasim Mövsümzadə təmsil edir. O, bu il səsiniLuka Modriçə verib.
“2018-ci ilin anketində mən birinci yerdə Luka Modriçi, ikinci yerdə Klian Mbappeni, üçüncü yerdə isə Məhəmməd Salahı göstərmişəm. Dördüncü və beşinci yerlərə gəlincə, müvafiq olaraq Eden Azar və Antuan Qrizmanı qeyd etmişəm.
Modriçin ikinci yerdə qərarlaşan Kriştianu Ronaldudan 275 xal çox toplaması digər respondentlərin də mənimlə eyni fikirdə olduğunu göstərir. Dünya çempionatının keçirildiyi ildə “Qızıl top” mundialın ən yaxşı futbolçularından birinə təqdim olunur.
Düşünürəm ki, Modriçin Xorvatiya millisinin kapitanı kimi dünya çempionatındakı oyunu qələbəsinin əsas səbəbidir”, – R.Mövsümzadə bildirib.

