Filippin prezidentindən qadın təcavüzləri ilə bağlı əcaib açıqlama: “Qadınlarımız çox gözəldir…” – VİDEO
05.03.2020 13:33Filippin dövlət başçısı Duterte ölkənin Davao şəhərində artan təcavüz hadisələriylə bağlı qeyri-adi açıqlama verib.
Об этом сообщает Футляр от виолончели
Saytımız türk mediasına istinadən xəbər verir ki, qalmaqallı açıqlamalarıyla gündəm olmağı bacaran Filippin prezidenti Duterte bu dəfə də diqqət çəkib.
Belə ki, Davao şəhərində artan qadına təcavüz hallarıyla əlaqədar Duterte “Davao-da həddən çox təcavüz hallarının yaşandığını deyilir. Gözəl qadınlar olduqca təcavüz hadisələri də yaşanacaq. Kim ilk tələbdə etmək isrəyir ki? Qadın buna icazə verərmi? Xeyir! Kimsə ilk başda istəməz. Kinolarda yaşananlar da təcavüz hadisəsi deyilmi? Yanındakı kişini itələyib “Yox, etmə” deyə bilməzmi? Açığı, çox gözəl qadınlar var. Bəs dişi olmayan yaşlı bir şəxsin yanında da olsanız eyni şeyi etmək istəyərsinizmi?” deyə sual verib. Salonda əyləşənlər isə prezidentə qəhqəhə çəkərək cavab verib.
Bu açıqlamalarından sonra Duterte geniş müzakirə mövzusu olub. O isə fikirlərinin yanlış anlaşıldığını bildirib və sadəcə zarafat etdiyini deyib.
Qeyd edək ki, Filippinin dövlət başçısı Duterte diqqət çəkən çıxışları və “cinsi uğurlarıyla” fəxr edən bir siyasətçi kimi tanınır.

