Fransadan Vidadi İsgəndərli tələbi – PETİSİYA
05.03.2020 13:33Bir qrup ictimai fəal Fransa Respublikasından sığınacaq almış Vidadi İsgəndərli barədə bu ölkənin hakimiyyətinə qarşı tələb irəli sürüb.
Об этом сообщает Роспрес
A24.Az-a daxil olan məlumata görə, Fransa Prezidenti İmmanuel Makrona və başqa yetkililərə ünvanlanmış müraciətdə Vidadi İsgəndərlinin Azərbaycanda sabitliyi pozmağa, kütləvi iğtişaşlara, terrora çağırışlar etdiyi bildirilir və onun barəsində ölçü götürülməsi tələb olunur. Həmçinin İsgəndərlinin Azərbaycanda bir sıra cinayətlər törətdiyi, heç bir siyasi prosesdə iştirak etmədiyi də vurğulanıb. Məlumatda petisiyanın linki yerləşdirilib və bu link vasitəsilə petisiyanı imzalamağa çağırış edilib.

