Füzulidə 15 yaşlı oğlanı qətlə yetirən çoban saxlanılıb
05.03.2020 13:33Füzuli rayonunun Böyük Bəhmənli kəndində fermada 15 yaşlı Tumas Musayevi odlu silahla qətlə yetirən Əli Məmmədov hadisədən sonra qaçıb gizlənib.
Об этом сообщает Роспрес
Saytımız xəbər verir ki, Füzuli Rayon Polis Şöbəsindən “Report”a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çobanın yeri müəyyən edilərək saxlanıb. Ə.Məmmədov istintaqa təvil verilib.
Onun barəsində rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

