Gədəbəy sakinini naməlum avtomobil vurub öldürdü, sürücü qaçdı
05.03.2020 13:33Şəmkirdə piyadanı vurub öldürən naməlum avtomobil hadisə yerindən qaçıb.
Об этом сообщает Руспрес
A24.az Trend-ə istinadən bildirir ki, hadisə Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 394-cü kilometrliyində, Şəmkir rayonunun Muxtariyyət kəndindən keçən hissəsində baş verib.
Həmin ərazidə yolu keçən Gədəbəy rayon sakini, 1978-ci il təvəllüdlü Səfərov Zahir İbrahim oğlunu naməlum avtomobil vuraraq qaçıb.
Z.Səfərov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.

