Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Gələn il bu müəssisələrin fəaliyyəti dayandırılacaq

05.03.2020 13:33

Gələn ildən Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan qeydiyyatdan keçməmiş müəssisələrin fəaliyyəti dayandırılacaq.

Об этом сообщает Футляр от виолончели

A24.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizlik Agentliyinin jurnalistlər üçün keçirilən təlimində Agentliyin Qeydiyyat və sahibkarlarla iş şöbəsinin müdiri Orxan Mikayıl deyib.

O bildirib ki, mübarizəyə növbəti ilin yanvar ayından başladılacaq. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi qida sahəsində çalışan sahibkarları qida təhlükəsizliyi qeydiyyatından keçməyə çağırır. Belə ki, Agentlik tərəfindən 1 iyul 2018-ci il tarixindən etibarən qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin qeydiyyatı və dövlət reyestrinin aparılmasına başlanılıb. Prosedur kifayət qədər asan olsa da indiyədək qida sahəsində fəaliyyət göstərən əksər sahibkarlıq subyektləri qeydiyyatdan keçmək üçün müraciət etməyiblər.
“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən (maddə 7), Azərbaycan Respublikasında qida məhsulları sahəsində çalışan subyektlərin fəaliyyəti qida təhlükəsizliyi üzrə mövcud texniki normativ hüquqi aktların tələblərinə, sanitar-gigiyena, baytarlıq və fitosanitar tələblərə uyğunluğunun təmin edilməsi məqsədi ilə yoxlanılır. Yeyinti məhsulları ekspertizadan keçirilir və həmin subyektlər qida təhlükəsizliyi üzrə qeydiyyata alınır. Qida təhlükəsizliyi üzrə qeydiyyata alınmış subyektlər dövlət reyestrinə daxil edilir və həmin subyektlərə reyestrdən çıxarış verilir.
Qanunun 7.3-cü maddəsinə əsasən Qida təhlükəsizliyi üzrə qeydiyyata alınmamış təsərrüfat subyektlərinin fəaliyyəti qadağandır. Odur ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinə çağırış edir ki, öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirsinlər və qida təhlükəsizliyi qeydiyyatından keçmək üçün Agentliyə müraciət etsinlər. Əks halda, qanunsuz fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə bağlı, qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər həyata keçiriləcək.