Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İndoneziya səfiri: “Qarabağ və Ermənistanın işğal etdiyi 7 rayon yalnız Azərbaycana, onun xalqına məxsusdur”

05.03.2020 13:39

“İndoneziya Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır və qəti şəkildə dəstəkləyir”.

Об этом сообщает Руспрес

A24.Az  xəbər verir ki, bunu jurnalistlərlə görüşü zamanı İndoneziyanın Azərbaycandakı səfiri Hüsnən Bey Fənani bildirib.

“Bu məsələdə haqq-ədalət təcavüzə üstün gələcək. Qarabağ və Ermənistanın işğal etdiyi yeddi rayon yalnız Azərbaycana, onun xalqına məxsusdur. Artıq bu işğala son qoyulmalıdır”, – deyə o vurğulayıb.

İndoneziyanın Azərbaycanla yüksək səviyyədə əməkdaşlıq əlaqələrinin olduğunu deyən səfir bu əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyini diqqətə çatdırıb.