İngiltərə klubunun qapıçısı karyerasını başa vurdu – Xəstəliyə görə
05.03.2020 13:39İngiltərənin “Vulverhempton” klubunun qapıçısı Karl İkeme futbolçu karyerasını başa vurub.
Об этом сообщает Роспрес
A24.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, buna səbəb 32 yaşlı qolkiperin leykemiya xəstəliyindən əziyyət çəkməsi olub.
Xəstəlik nigeriyalı oyunçuda 2017-ci ilin iyul ayında aşkarlanıb. O, karyerasını bitirmək barədə qərarı həkimlərlə məsləhətləşdikdən sonra qəbul edib.
Qeyd edək ki, Karl İkeme “Vulverhempton” klubunun yetirməsidir.

