Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Instagram” və “Facebook”da yeni funksiya fəaliyyətə başlayır

05.03.2020 13:39

“Instagram” və “Facebook” sosial şəbəkələrində yeni funksiya fəaliyyətə başlayacaq.

Об этом сообщает Роспрес

A24.Az xarici KİV-lərə istinadla xəbər verir ki, bundan sonra istifadəçilər sosial şəbəkələrdə keçirdikləri vaxta nəzarət edə biləcəklər. “Instagram” və “Facebook”un rəsmi nümayəndələri Amit Ranadiv və Devid Qinzberq birgə bəyanatlarında qeyd ediblər ki, hər istifadəçi qabaqcadan sosial şəbəkədə keçirmək istədiyi vaxtı təyin edəcək. Limiti keçdikdə isə bildiriş gələcək.

Bunun üçün qabaqcadan “Tənzimləmələr” bölməsində “Instagram”da “Sizin fəaliyyət”, “Facebook”da isə “Sizin “Facebook”da vaxtınız” funksiyasını aktivləşdirmək lazım gələcək. Bundan sonra istifadəçilər gün ərzində sosial şəbəkədə nə qədər vaxt keçirdiyini öyrənə biləcəklər. Həmçinin istifadəçilər qabaqcadan qoyduqları limiti keçdikdə xəbərdarlıq alacaqlar.