İnstaqramda yeni funksiya
05.03.2020 13:39İnstaqramda sorğu göndərilməsi ilə hesabın yoxlanılması imkanı aktivləşdirilib.
Об этом сообщает Руспрес
“A24.Az” ICTnews-a istinadən xəbər verir ki, bunun üçün istifadəçinin kimliyini təsdiq edən sənəd təqdim etmək lazımdır.
Hesabın yoxlamadan keçməsi üçün onun xidmətin norma və qaydalarına uyğun olması lazımdır. Bundan başqa, sorğunun göndərilməsi hesabın dəqiq yoxlanılacağına zəmanət vermir.
İnstaqram hesabın yoxlanılması ilə bağlı qərar çıxararkən hər bir hesabın həqiqiliyi, unikallığı, bütövlüyü və populyarlığını nəzərə alacaq.

