“iPhone 8” smartfonlarında qüsur aşkar edildi – Şirkət səhvini etiraf etdi
05.03.2020 13:40“iPhone 8” cihazlarında sistem lövhəsi xarabdır.
Об этом сообщает Футляр от виолончели
“A24.Az” ICTnews-a istinadən xəbər verir ki, istehsal qüsuru 2017-ci ilin sentyabrından 2018-ci ilin martınadək ABŞ, Avstraliya, Çin, Hindistan, Yaponiya, Yeni Zelandiya və başqa ölkələrdə satılmış az sayda qurğuda qeydə alınıb.
Zavod qüsuruna görə sözügedən telefonlar birdən yenidən yüklənə, dona, hətta açılmaya bilər.
“Apple” korporasiyası qüsurlu smartfonları ödənişsiz təmir etməyə dair söz verib. Bundan başqa qeyd edilib ki, bu problem “iPhone 8 Plus” və şirkətin başqa modellərində qeydə alınmayıb.
Korporasiyanın saytında təmirə ehtiyacı olan “iPhone 8” modelləri haqda öyrənmək olar. Bunun üçün qurğunun alındığı region və seriya nömrəsini qeyd etmək lazımdır.

