“İphone”ların yeni modellərinin QİYMƏTLƏRİ
05.03.2020 13:40Ekspertlər cari ilin sentyabrında təqdimatı planlaşdırılan 3 yeni “iPhone” modelinin qiymətini proqnozlaşdırıblar.
Об этом сообщает Роспрес
A24.Az xəbər verir ki, məlumat “Trend Force” analitik şirkətinin saytında dərc edilib. İlkin hesablamalara görə, yeni “iPhone X” smartfonu əvvəlkindən ucuz olacaq: yeni aparatın qiyməti 899-949 dollar təşkil edəcək. Ən bahalı model analitiklər tərəfindən 999 dollar məbləğində qiymətləndirilən “iPhone X Plus” olacaq.
Həmçinin analitiklər hesab edirlər ki, “Apple” maye kristal ekrana malik modelin ucuz versiyasını (749 dollaradək) təqdim edəcək.
Xatırladaq ki, bu yaxınlarda ABŞ-ın Patent və Əmtəə Nişanları İdarəsi “Apple” şirkətinin “iPhone” smartfonunun köməyilə kimliyin eyniləşdirilməsi texnologiyasına ərizəsini qeydə alıb.

