Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İqtisadiyyat Nazirliyində yeni təyinat

05.03.2020 13:40

Ayaz Əliyev İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri təyin edilib.

Об этом сообщает Футляр от виолончели

A24.Az-ın Apa-ya istinadən məlumatına görə, A. Əliyev 1996-2001-ci illərdə Mingəçevir Politexnik İnstitutunda müəllim olub, 2001-2003-cü illərdə Bakı şəhəri üzrə Baş Vergilər İdarəsinin Vergi ödəyicilərinin auditinin təşkili şöbəsinin və Vergilər Nazirliyinin Daxili nəzarət baş idarəsinin Vergi orqanlarının fəaliyyətinə nəzarət şöbəsinin dövlət vergi müfəttişi vəzifələrində işləyib.

A. Əliyev 2003-2008-ci illərdə Vergilər Nazirliyinin Daxili nəzarət baş idarəsinin Şəxsi heyətlə iş üzrə şöbəsinin, Daxili təhlükəsizlik baş idarəsinin Daxili audit şöbəsinin və Daxili audit baş idarəsinin Struktur bölmələrinin auditi şöbəsinin rəisi vəzifələrində çalışıb. Kiçik vergi xidməti müşaviri xüsusi rütbəsi var. 2008-2014-cü illərdə İqtisadiyyat Nazirliyinin aparatında şöbə müdiri vəzifəsində işləyib. Dövlət qulluğunun müşaviri ixtisas dərəcəsi vardır. 2014-cü ilin mart ayından İqtisadiyyat Nazirliyinin Aparat rəhbərinin müavini, 2017-ci ilin dekabrından Aparat rəhbəridir.