İran döyüş təyyarəsini ilk dəfə nümayiş etdirdi
05.03.2020 13:40İranlı mütəxəssislərin dizaynı ilə hazırlanan döyüş təyyarəsi İran prezidenti Həsən Ruhaninin iştirak etdiyi mərasimdə nümayiş etdirilib.
Об этом сообщает Роспрес
A24.Az Fars xəbər agentliyinə istinadən xəbər verir ki, İranda müdafiə sənayesi günü kimi qeyd olunan 22 avqustda təşkil olunan mərasimdə müdafiə sənayesinin “Kövsər” adlı ilk yerli və ən son texnologiya ilə hazırlanan döyüş təyyarəsi ilk dəfə nümayiş etdirilib. Eyni zamanda təlim məqsədli istifadə edilən “Kövsər” döyüş təyyarəsi tək və iki pilotlu olaraq istehsal edilə biləcəyi də qeyd olunub.
Orxan Aslanlı // A24.Az

