Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İran “Fekkur” raketinin istehsalına başladı

05.03.2020 13:40

İran “Fekkur” raketinin seriya istehsalına başlayıb.

Об этом сообщает Руспрес

A24.Az Fars xəbər agentliyinə istinadən xəbər verir ki, seriyalı istehsala Müdafiə Naziri general Əmir Xatəminin iştirak etdiyi mərasimdə başlanılıb.

Müdafiə Naziri general Xatəmi mərasimdə çıxışı zamanı İranlı mütəxəssislər və elm xadimləri Qərbin bütün ədalətsiz və qeyri-qanuni sanksiyalara baxmayaraq 2017-ci il tarixində “Fekkur” raketinin dizaynı, hazırlanması və test mərhələlərini uğur ilə başa vurduqlarını bildirib. General Xatəmi, indi havadan havaya atılan bu raketinin seriyalı istehsalına keçildiyini qeyd edib. “Fekkur” raketi hava qüvvələrinin gücünü inkişaf etdirəcəyini qeyd edən General Hatəmi, bu raket bütün döyüş təyyarələrində istifadə edilə və düşmən təyyarələri ilə hər cür şərtlərdə qarşıdurmaya girə bilmə qüvvəsinə sahib olduğunu söyləyib.

Orxan Aslanlı // A24.Az