Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İran-Pakistan sərhədində atışma: bir hərbçi öldü

05.03.2020 13:40

 İran-Pakistan dövlət sərhədində iranlı sərhədçilərlə naməlum şəxslər arasında baş verən atışma nəticəsində bir hərbçi ölüb.

Об этом сообщает Роспрес

A24.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu məlumatı İran Daxili İşlər Nazirliyi yayıb.

Bildirilib ki, hadisə İranın cənub-şərqində Zahidan şəhəri yaxınlığında baş verib.

İranın bu hissəsində bəluclar yaşayır. Onlar milli haqlarının təmin olunması uğrunda silahlı mübarizə aparır. Bundan başqa, İrana narkotik maddələrin də daha çox bu istiqamətdən gətirildiyi barədə məlumatlar yayılır.

Son zamanlar İranın təhlükəsizlik qüvvələri ilə yerli silahlı qruplaşmalar arasında tez-tez atışma olur.