İran raket əleyhinə yeni sistemini sınaqdan keçirdi
05.03.2020 13:40İran Müdafiə Nazirinin ikinci müavini General Kasım Takizadə, “Baver-373” raket əleyhinə müdafiə sisteminin uğurlu şəkildə sınaqdan keçdiyini açıqlayıb.
Об этом сообщает Руспрес
A24.Az xarici mediaya istinadən xəbər verir ki, jurnalistlərə açıqlama verən general nazirliyin raket və peyk sahələrində nailiyyətlərindən danışıb.
General Takizade ölkənin on illik kosmos programında hər iki-üç ildən bir peykin orbitə buraxılmasının nəzərdə tutulduğunu qeyd edərək, cari ildə bir peyki uğurlu şəkildə kosmosa göndərdiklərini, bu proses nəzərdə tutulan proqrama davam edəcəklərini vurğulayıb.
General Takizade nazirliyin digər bir uğurunun isə “Baver-373” raket əleyhinə müdafiə sistemi olduğunu, bu sistem ilə bağlı testlərin uğurla sınaqdan keçdiyini qeyd edib.
Orxan Aslanlı / A24.az

