İran XİN: “Hazırda ABŞ-la müzakirə aparmaq mümkünsüzdür”
05.03.2020 13:40İran xarici işlər nazirinin sözçüsü Bəhram Qasimi ABŞ-la danışıqların mümkünsüz olduğunu bildirib.
Об этом сообщает Роспрес
A24.Az xəbər verir ki, Qasimi bu barədə Tehranda keçirilən mətbuat konfransında danışarkən söyləyib.
O bildirib ki, ABŞ İrana qarşı düşmən mövqeyini davam etdirdiyi müddətdə müzakirələr mümkün olmayacaq.
B.Qasimi eyni zamanda ABŞ-ın etibarlı olmadığını da vurğulayıb.
Sözçü ABŞ Prezidenti Donald Trampın İran əleyhinə açıqlamalarının ölkə xaricindəki müxalifətçilərin İranı müdafiə etmələrinə səbəb olduğuna görə məmnunluqlarını ifadə edib.

