İranda aksiya istirakçılarının sayı açıqlandı – RƏSMİ
05.03.2020 13:40“İranda etiraz edən şəxslərin sayı 42 min nəfər təşkil edib”.
Об этом сообщает Руспрес
A24.Az ISNA agentliyinə istinadən xəbə verir ki, bu haqda məlumatı İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli deyib.
O bildirib ki, iştirakçıların sayının 42 min təşkil etməsi yüksək rəqəm deyil. İran DİN rəhbəri onu da əlavə edib ki, bu cür etirazlar təbiidir və bütün ölkələrdə baş verir.
Qeyd edək ki, dekabrın 28-dən İranın iri şəhərlərində , o cümlədən Tehran, İsfahan və Məşhəd, Rəşt, kütləvi etiraz aksiyaları keçirilir. İran prezidenti Həsən Ruhani bildirib ki, etirazlar ölkənin daxili problemləri və həmçinin digər ölkələrin kənardan təhrikçiliyi ilə bağlıdır. KİV-in məlumatına görə, iğtişaşlar nəticəsində azı 20 nəfər ölüb. Tehranda son üç gün ərzində təxminən 450 nəfər saxlanılıb. İran İnqilab keşikçiləri Ordusu komandanı Məhəmməd Əli Cəfəri bildirib ki, qiyam ölkədə nümayişçilər üçün uğursuz başa çatıb.
Orxan Aslanlı // A24.Az

