İranda hərbi posta hücum: 10 nəfər həlak oldu
05.03.2020 13:40Cümə günü axşam saatlarında İranın Kürdistan əyalətinin Marivan bölgəsinin Dari kəndindəki hərbi post terrorçuların hücumuna məruz qalıb.
Об этом сообщает Роспрес
A24.Az APA-ya istinadən xəbər verir ki, İran Silahlı Qüvvələrinin Quru Qoşunlarının Həmzə Seyiddüş-Şühəda Qərargahının yaydığı açıqlamada bildirilir ki, inqilaba zidd və terrorçu qüvvələr postun silah-sursat anbarında partlayış törədiblər. Nəticədə İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) 10 hərbçisi həlak olub, 8-i yaralanıb.
Cavab atəşi ilə bir neçə terrorçu öldürülüb, bəziləri isə yaralanıb. Sağ qalan terrorçular qaçaraq başqa ölkənin ərazisinə keçib.

