İranda “İnstagram”da şəkil paylaşan qadınlar həbs edildi
05.03.2020 13:40İran polisi Bandar Abbas şəhərində keçirilən əməliyyat zamanı sosial media şəbəkəsi “İnstagram”da şəkil paylaşan 46 nəfəri nəzarət altına alıb.
Об этом сообщает Руспрес
Saytımız Türkiyə mediasına istinadən xəbər verir ki, saxlanılanlar arasında 8-i qadındır.
Saxlanılanların adətən fotoqrafçı, gözəllik və toy salonunda işləyən şəxslər olduğu açıqlanıb.
Təhlükəsizlik xidmətinin sözcüsü verdiyi açıqlamasında bunun “planlaşdırılmış halda mədəniyyətə zərər vermə məqsədiylə həyata keçirilmiş bir əməl olduğunu” deyib.
Qeyd edək ki, İranda sosial media şəbəkələri olan “Facebook” və “Twitter”dən istifadə 2009-cu ildən qadağan edilib. Bu qadağaya baxmayaraq İranın dini lideri Ayətullah Xamaneinin rəsmi tvitter hesabı var.

